Birinci Divizion: “Səbail” Tovuzdan qələbə ilə döndü

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 26-cı turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Turan Tovuz” və “Səbail”in əvəzedici komandaları üz-üzə gəliblər. Tovuzda baş tutan qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Qalan qarşılaşmalar 25 və 26 apreldə baş tutacaq.

Birinci Divizion
26-cı tur
24 aprel

“Turan Tovuz-2” – “Səbail-2” 0:2
Qollar: Taleh Qarayev, 71; 90+3.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Tərlan Talıbzadə, Elvin Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 15:00.

25 aprel

“Şamaxı-2” – “İmişli”
Hakimlər: Əli Əliyev, Rasim Axundov, Anar Bədəlov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 15:00.

“Qəbələ-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Sumqayıt-2” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rəsul Babayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

26 aprel

“Araz Naxçıvan” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Naxçıvan Muxtar Respublika stadionu, 14:00.

“Zirə-2” – “Neftçi-2”
Hakimlər: Murad Səlimov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Tural İbrahimov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: