Birinci Divizionda 27-ci turun oyun cədvəli məlum oldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 27-ci turunun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, növbəti turun oyunları iki gündə baş tutacaq.

Mayın 3-də dörd oyun keçiriləcək. Növbəti gün isə qalan üç görüşün keçirilməsi planlaşdırılır.

Birinci Divizion
27-ci tur
3 may

“Qarabağ-2” – “Sumqayıt-2”
Binə qəsəbə stadionu, 16:00.

“Zaqatala” – “Zirə-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Neftçi-2” – “Turan Tovuz-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“İmişli” – “Kəpəz-2”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

4 may

“Səbail-2” – “Qəbələ-2”
Bakı. “ASCO Arena”, 16:00.

“Qaradağ Lökbatan” – “Araz Naxçıvan”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Mingəçevir” – MOİK
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: