Futbol üzrə Türkiyə kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
“Başakşəhər” doğma meydanda “Ankaragücü” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi azlıqda qalmasına baxmayaraq, bu oyunda qələbə qolunu vurmağı bacarıb.
Xatırladaq ki, daha öncə “Sivasspor” doğma meydanda “Fənərbaxça” ilə qarşılaşmışdı – 0:0.
Türkiyə kubokunda yarımfinalın cavab qarşılaşmaları isə 23-25 may aralığında keçiriləcək. Həmin matçların dəqiq tarixi hələ müəyyənləşməyib.
Türkiyə kuboku
Yarımfinalın ilk oyunları
3 may
Sivasspor – Fənərbaxça 0:0
4 may
Başakşəhər – Ankaragücü 1:0
Qol: Fiqeyredo, 90+5.


