Barış Alper Yılmaz “Qalatasaray”la yeni müqavilə bağladı

Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray”ın sol cinah yarımmüdafiəçisi Barış Alper Yılmaz klubla yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 22 yaşlı futbolçunun sözləşməsinin müddəti 2026/2027 mövsümünün sonuna qədər artırılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2023/2024 mövsümünün sonuna qədər idi.

Barış Alper Yılmaz daha öncə “Ankara Dəmirspor” və “Ankara Keçiörengücü” komandalarında forma geyinib. O, 2021-ci ildən “Qalatasaray”ın uğurları üçün çalışır. Türkiyəli vinger bu klubun əsas komandasında 48 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha öncə ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında oynamış Barış, 2021-ci ildən oynadığı Türkiyə milli komandasında da 3 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: