“Traktor” “Mes Kerman”ı səfərdə 3 qolla yendi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 28-ci tur çərçivəsində “Mes Kerman” komandası ilə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” meydandan qələbə ilə ayrılıblar – 3:1. 36 və 70-ci dəqiqələrdə fərqlənən Qustavo dubla imza atıb. Təbrizlilərin son qolunu isə 76-cı dəqiqədə Məhəmməd Ağacanpur vurub.

28 turdan sonra 49 xala malik “Traktor” 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını mayın 12-də doğma meydanda “Nassaji Mazandaran” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: