Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 28-ci turunun bir oyunu üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, tura bu gün “Araz Naxçıvan” – “Səbail-2” oyunu ilə start veriləcək.
Peşəkar Futbol Liqası hələlik yalnız bu oyun üçün hakim təyinatlarını açıqlayıb. Digər oyunların təyinatları isə daha sonra açıqlanacaq.
Yeri gəlmişkən, “Araz Naxçıvan” – “Səbail-2” görüşü Naxçıvan təmsilçisinin müraciəti, “Səbail” klubunun razılığı ilə Muxtar Respublikada baş tutacaq dövlət tədbiri ilə əlaqədar olaraq “ASCO Arena”da reallaşacaq. 10 may tarixdən 8 maya keçirilmiş görüş “Araz Naxçıvan” – “Səbail-2” oyunu kimi qeyd olunacaq.
“Araz Naxçıvan” çempionluğu vaxtından öncə təmin edib. Hazırda 63 xalla vahid lider olan bu komandanı 52 xalı olan “Neftçi-2” izləyir. “Zaqatala”nın 43, “Səbail-2”-nin 42, “Qəbələ-2” ilə MOİK-in 41 xalı var.
Xatırladaq ki, turun qalan görüşləri 9 və 10 mayda keçiriləcək.
Birinci Divizion
28-ci tur
8 may
“Araz Naxçıvan” – “Səbail-2”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”, 16:00.
9 may
MOİK – “Qaradağ Lökbatan”
Binə qəsəbə stadionu, 16:00.
“Qəbələ-2” – “Neftçi-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Turan Tovuz-2” – “Zaqatala”
Tovuz şəhər stadionu, 16:00.
10 may
“Zirə-2” – “Qarabağ-2”
Binə qəsəbə stadionu, 16:00.
“Sumqayıt-2” – “İmişli”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Kəpəz-2” – “Şamaxı-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.


