Birinci Divizion: “İmişli” 4 qola üzüldü, “Kəpəz” evdə xalsız qaldı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 28-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

“Sumqayıt”ın əvəzediciləri doğma meydanda “İmişli”ni 4 cavabsız qolla məğlub edib. “Kəpəz”lə “Şamaxı”nın əvəzediciləri arasındakı oyunda isə qonaqlar minimal hesabla üstün olublar.

Bu gün “Zirə” və “Qarabağ” klublarının əvəzediciləri arasında keçirilməli olan oyun isə təxirə salınıb. Buna Ağdam təmsilçisinin müdafiəçisi Şirxan Həsənzadənin vaxtsız vəfatı səbəb olub.

Birinci Divizion
28-ci tur
8 may

“Araz Naxçıvan” – “Səbail-2” 3:1
Qol: Orxan Əliyev, 28-pen; 90+4. Bayraməli Qurbanov, 79 – Taleh Qarayev, 45+1.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”, 16:00.

9 may

MOİK – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Vüqar Həsənli, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Binə qəsəbə stadionu, 16:00.

“Qəbələ-2” – “Neftçi-2” 1:1
Qol: Rauf Məhərrəmov, 61 – Ağadadaş Salyanski, 90.
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Turan Tovuz-2” – “Zaqatala” 3:2
Qol: Abbas Ağazadə, 71; 87. Sadiq Şəfiyev, 90+5-pen – Rəhman Şabanov, 43. Cəlal Cəbrayılov, 55.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Aydın Bəxşiyev, Kamran Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 16:00.

10 may

“Sumqayıt-2” – “İmişli” 4:0
Qollar: Xəlil Bəşirov, 42; 49. Comərd Baxşəliyev, 66-öz qapısına. Rüfət Abdullazadə, 77.
Hakimlər: Mahmud Bağırzadə, Kərim Zeynalov, Rasim Axundov, Əkbər Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Kəpəz-2” – “Şamaxı-2” 0:1
Qol: Qurban Səfərov, 60.
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Zirə-2” – “Qarabağ-2” oyunu təxirə salınıb

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: