Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 36-cı turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Qalatasaray” darmadağınla qalib gələrək sona iki tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, İstanbul təmsilçisinin sayca 23-cü çempionluğudur. “Sarı-qırmızılar” bu baxımdan rekordçudurlar. İkinci yerdə 19 çempionluğu olan “Fənərbaxça” var. “Beşiktaş” isə 16 qızıl medalla üçüncüdür.
Yeri gəlmişkən, “Fənərbaxça” da bu turda “Antalyaspor”u 2 cavabsız qolla üstələyib. Ötən mövsümün qalibi “Trabzonspor” isə səfərdə “Girəsunspor” üzərində qələbəyə sevinib.
“Fatih Karagümrük” “Kayserispor”u 2 cavabsız qolla məğlub yola salıb. Səfərdə “Sivasspor”la qarşılaşan “Konyaspor” turu xalsız başa vurub. Qonaqların heyətində Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilk dəqiqələrdən meydanda olub və fasilədə əvəzlənib. “Alanyaspor” evdə “Kasımpaşa”ya, “İstanbulspor” isə “Adana Dəmirspor”a uduzub.
Sona 2 tur qalmış 82 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 77 xalla ikinci, “Beşiktaş” 74 xalla üçüncü sırada qərarlaşıb. “Adana Dəmirspor”un 66, “Başakşəhər”in 56, “Trabzonspor”un 54, “Konyaspor”la “Kayserispor”un 49, “Fatih Karagümrük”ün 47, “Kasımpaşa”nın 43, “Alanyaspor”un 41, “Sivasspor”un 40 xalı var.
Türkiyə, Super Liqa
36-cı tur
30 may
Alanyaspor – Kasımpaşa 1:3
Qol: O.Aydın, 49 – Djilobodji, 60. Koyta, 65. Fall, 78.
Ankaragücü – Qalatasaray 1:4
Qol: Milson, 16 – İkardi, 7; 38. B.Yılmaz, 73. Oliveyra, 78.
Fənərbaxça – Antalyaspor 2:0
Qol: E.Valensiya, 2. Zayç, 90+5.
Girəsunspor – Trabzonspor 2:4
Qol: F.Genc, 74. Bayiç, 80 – U.Bozok, 30; 59. Bardi, 34. Bakasetas,
İstanbulspor – Adana Dəmirspor 0:2
Qol: E.Akbaba, 35. Gulbrandsen, 90.
Fatih Karagümrük – Kayserispor 2:0
Qol: Frey, 16; 28.
Sivasspor – Konyaspor 1:0
Qol: L.Ceyms, 17.


