Region Liqasının final oyununda VAR olacaq

AFFA tərəfindən təşkil edilmiş Region Liqasının 2022/2023 mövsümünün final qarşılaşmasını idarə edəcək hakimlər açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Çinar-Zəngilan” ilə “Qusar” komandaları arasında baş tutacaq həlledici qarşılaşmada cari mövsümdə ilk dəfə VAR sistemi də tətbiq ediləcək.

Xatırladaq ki, Region Liqasının “Çinar-Zəngilan”la “Qusar” arasındakı final görüşü iyunun 4-də Tovuz şəhər stadionunda keçiriləcək.

Region Liqası
Final
4 iyun

“Çinar-Zəngilan” – “Qusar”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
Tovuz şəhər stadionu. Saat 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: