Argentina yığmasının sabiq hücumçusu Karlos Teves həmyerlisi Lionel Messinin “Barselona”ya yox, “İnter Mayami”yə keçməsini şərh edib.
Arena.az ESPN-ə istinadən Tevesin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mənə elə gəlir ki, Leo öz vəziyyətini bilərək və başa düşərək qərar qəbul edib. O, klubu komanda yoldaşlarının məvacibinin azaldılmasına məcbur edərək və pis oğlan olaraq “Barselona”ya qayıtmaq istəməyib. Evi olan “Barselona”ya qayıda bilməmək onun üçün ən ağrılı məqamdır.
Leo ABŞ Liqasını seçib. Mayami onun xoşuna gəlir, bu, onun və ailəsi üçün rahatlıqdır. Düşünrüəm, o nə edibsə, düzgün edib. Özünün diqqət mərkəzində olacağı “Barselona”dan başqa, Avropada heç bir variant qalmamışdı. Messi düzgün qərar qəbul edib”.
Vurğulayaq ki, daha əvvəl Messi son iki mövsümü keçirdiyi PSJ-dən azad agent qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib.
Xatırladaq ki, Karlos Teves karyerası ərzində “Boka Xuniors”, “Korintians”, “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” kimi nəhənglərin heyətində çıxış edib.


