UEFA prezidenti Aleksander Çeferin Səudiyyə Ərəbistanı klublarının yaşlı ulduzlara yönələn transfer fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Arena.az “Washington Post”a istinadən xəbər verir ki, Çeferin ərəb komandalarının səhv etdiyi qənaətindədir:
“Oraya oyunçuların getməsindən qorxuram? Yox, yox, yox. Düşünürəm ki, bu Səudiyyə Ərəbistanı futbolunun təqsiridir.
Problemi harada görürəm? Onlar akademiyalara sərmayə yatırmalı, məşqçilər gətirməli və oyunçularını inkişaf etdirməlidirlər.
Futbolçuları karyerasının sonunda almaq futbolu inkişaf etdirmir. Eyni səhv, karyerasını başa vurmuş futbolçuları kütləvi halda gətirən Çində də edilirdi”.
Xatırladaq ki, ulduz oyunçuların Səudiyyə Ərəbistanı klublarına ən yüksək səviyyəli transferlərindən biri kimi Kristiano Ronaldonun “Əl-Nəsr”ə keçidini və bu yaxınlarda “Əl-İttihad” tərəfindən Kərim Benzema ilə müqavilə imzalamasını göstərmək olar. “Əl-İttihad” həmçinin bir neçə yaşlı ulduza iddia edir, məsələn, N’Qolo Kante və Serxio Buskets.


