Felipe Santos “Qəbələ”ni “Hapoel”ə dəyişdi – Rəsmi

2022/2023 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunun qalibi olmuş Felipe Santos əyalət təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, braziliyalı futbolçu İsrailin “Haopel” (Hayfa) klubundan aldığı təklifi daha üstün tutub.

Bu barədə “Hapoel”in mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Felipe Santos 2022-ci ilin iyul ayından “Qəbələ”də çıxış edirdi. O, geridə qalan mövsümdə meydana çıxdığı 43 oyunda 6 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

Santos “Qəbələ”dən öncə Azərbaycanda “Şamaxı”nın da uğurları üçün çalışıb. O, bu komandada da 26 oyuna 7 qol və 5 assistlə yadda qalıb. Sol cinah vingerinin formasını geyindiyi komandalar arasında “Maribor” və “Ankaran” da var.

Xatırladaq ki, “Qəbələ”dən Santosdan öncə Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev və Andrey Strijak da komandadan ayrılmışdı. Əvəzində İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov və Kristof Atanqana ilə yeni müqavilə imzalanıb. Yeni transferlərdən isə hələ xəbər yoxdur. Halbuki, Qəbələnin eyni adlı təmsilçisi bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: