“Mançester Siti”nin və Almaniya millisinin türk əsilli yarımmüdafiəçisi İlkay Gündoğan “Barselona”ya keçib.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Klubun bəyanatında deyilir: “Barselona” və İlkay Gündoğan futbolçunun “Mançester Siti” ilə müqaviləsi başa çatdıqdan sonra müqavilə imzalamaq üçün razılığa gəlib. Gündoğan müqaviləsini daha bir il uzatma ehtimalı ilə iki mövsümlüyə (2+1 illik) bizə qoşulacaq. İlkay üçün sərbəstqalma müavinəti 400 milyon avro olacaq”.
32 yaşlı Gündoğan 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi. O, bu komanda ilə 14 kubok, o cümlədən 5 Premyer Liqa çempionluğunu və 1 UEFA Çempionlar Liqasını qazanıb. Ötən mövsüm yarımmüdafiəçi “şəhərliləri” kapitan sarğısı ilə meydana çıxarıb. İlkay “Mançester Siti” karyerası boyunca 304 oyuna çıxıb, 60 qol vurub, 40 məhsuldar ötürmə verib.
İlkay “Mançester Siti”dən öncə Dortmund “Borussiya”sı (157 oyun, 15 qol, 10 assist), “Nürnberq” (53 oyun, 8 qol, 5 assist) və “Bohum”da (39 oyun, 26 qol, 1 assist) da forma geyinib.
Yarımmüdafiəçi Almaniya milli komandasında da 67 oyun keçirib, 11 qola imza atıb.
“Transfermarkt” internet-portalı İlkay Gündoğanı 20 milyon avro məbləğində qiymətləndirir.



