Ramin Nəsirli üçün 83 dəqiqə, 1 assist və 3 xal

Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 19-cu turu çərçivəsində baş tutan “Tukums 2000” ilə matçın iştirakçısı olub.

“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan qələbə ilə ayrılıb – 3:1.

Ramin bu matçın start heyətində meydana buraxılıb. Əvvəlki turlarda 2 qol və 1 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə də fərqlənib. O, komandasının 19-cu dəqiqədə vurduğu 2-ci qolun məhsuldar ötürməsini verib. Futbolçumuz 83-cü dəqiqədə əvəzlənib.

“Dauqavpils” 19 turdan sonra 17 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: