“Barselona”nın prezidenti Joan Laporta klubun holland mərkəz yarımmüdafiəçisi Frenki de Yonqla bağlı mövqeyini nümayiş etdirib.
Arena.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Laporta 26 yaşlı yarımmüdafiəçi haqda rəğbətlə danışıb:
“Keçən il biz Frenki de Yonqa görə 100 milyon avroluq təklif almışdıq. Biz onu satmamaqla düzgün iş görmüşük. Elə oyunçular var ki, onları bazara çıxarmaq olmaz”.
2022/2023 mövsümündə Frenki De Yonq “Barselona”nın heyətində 43 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Frenki De Yonqu 75 milyon avro məbləğində qiymətləndirir.


