“Mançester Siti” formasının köynəyinin qolunda reklam yerləşdirməyi müqabilində OKX kriptovalyuta birjasından 63,25 milyon avro qazanacaq.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, tərəflər üç il müddətində əməkdaşlıq edəcəklər. “Şəhərlilər” hər il 63,25 milyon avro məbləğin üçdə birini alacaqlar.
“Mançester Siti” və kriptovalyuta birjası 2022-ci ildən əməkdaşlıq edir. Əvvəllər OKX “şəhərlilərin” məşq dəstinin sinəsinə, eləcə də İngiltərə Premyer Liqasının oyunları zamanı LED ekranlara yerləşdirilirdi. İndi birjanın reklamı “şəhərlilər”in oyun formasında da görünəcək.


