Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, mərasim iyulun 18-də AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü avqustun 4-də start götürəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: