Eldəniz Yusubov “Araz Naxçıvan”ın icraçı direktoru təyin olundu

2022-ci ilin sentyabr ayından Azərbaycan Futzal Federasiyasında menecer kimi çalışan Eldəniz Yusubov yeni vəzifəyə təyin olunub.

Arena.az xəbər verir ki, o, bundan sonra “Araz Naxçıvan” futbol klubunda çalışacaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, növbəti mövsümdən Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz Naxçıvan”da bu gün klubdaxili iclas keçirilib. Rəhbərliyinin qərarı ilə Eldəniz Yusubov Naxçıvan klubunun icraçı direktoru təyin olunub.

Müxətlif illərdə AZAL, “Neftçi”, “Şamaxı” klublarında, eləcə də Azərbaycan Futzal Federasiyasında çalışan futbol funksioneri kollektivə təqdim edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: