Bir neçə gün öncə yeni baş məşqçisini açıqlamış “Neftçi”də Adrian Mutunun köməkçilərinin də adına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi təyin olunub. 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Mütəxəssislərin hər biri ilə 2 illik müqaviləyə imza atılıb.
Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir. “Ağ-qaralar” bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq məşqə rumıniyalıların rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, hər dörd mütəxəssis bundan əvvəl də baş məşqçi Adrian Mutu ilə birlikdə çalışıb.


