“Turan Tovuz” “Adana Dəmirspor”la bacarmadı

2023/2024 mövsümünə Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi ilk sınağında Türkiyənin “Adana Dəmirspor” komandası ilə üz-üzə gəlib.

Hansı ki, bu komanda Super Liqada mübarizə aparır və bu yay Türkiyəni Avropa Konfrans Liqasında təmsil edəcək. Güclü rəqiblə matş tovuzlular üçün uğursuz alınıb. Belə ki, Azərbaycan klubu 0:2 hesablı məğlubiyyətə üzülüb.

Tovuzlular ayın 22-də isə Türkiyənin digər klubu, TFF 1-ci liqa təmsilçisi “Eyupspor”la qarşılaşacaq. Bu komandanı ötənlərin məşhur futbolçusu Arda Turan çalışdırır.

İyulun 27-də isə “Turan Tovuz” iki yoxlama oyunu keçirəcək. Belə ki, Ayxan Abbasov səhər və axşam saatlarında Tanzaniya yüksək liqa təmsilçisi “Simba Sport” ilə oyunlarda komandanı sınaqdan keçirəcək.

Xatırladaq ki, Tovuz təmsilçisi bu oyuna aşağıdakı heyətlə başlayıb:

Əsas heyət: 13. Aydın Bayramov, 6. Brunao, 4. Şəhriyar Əliyev (k), 3. Tərlan Quliyev, 2. Sərtan Taşkın, 8. Piruzi Marakvelidze, 99. Veysəl Rzayev, 25. Denis Marandiç, 7. Paçu, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 33. Eltun Turabov, 60. Səbayıl Bağırov, 83. Hüseyn Hüseynov, 15. Vüsal Məsimov, 10. Xəyal Nəcəfov, 9. Belaydi Pusi, 97. Sadiq Şəfiyev, 22. Yohan Qreko.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: