Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə Peşəkar Futbol Liqasının və iştirakçı klubların rəsmiləri, eləcə də media nümayəndələri qatılıblar.
Püşk nəticəsində yeni mövsümün ilk 5 turunda hansı komandaların üz-üzə gələcəyinə aydınlıq gəlib.
Çempion “Qarabağ” yeni mövsümün ilk matçında doğma meydanda “Zirə”ni sınağa çəkəcək. Ötən mövsümün gümüş mükafatçısı “Sabah” “Qəbələ”ni qəbul edəcəksə, “Neftçi” səfərdə əzəli rəqiblərindən olan “Kəpəz”lə üz-üzə gələcək. “Səbail” ilk turda “Sumqayıt”la qarşılaşacaq. Debütant “Araz Naxçıvan” isə elitadakı ilk matçını səfərdə “Turan Tovuz”a qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü avqustun 4-də start götürəcək.
Azərbaycan Premyer Liqası
2023/2024 mövsümü
1-ci tur
4-6 avqust
“Turan Tovuz” – “Araz-Naxçıvan”
“Qarabağ” – “Zirə”
“Kəpəz” – “Neftçi”
“Səbail” – “Sumqayıt”
“Sabah” – “Qəbələ”
2-ci tur
11-13 avqust
“Araz-Naxçıvan” – “Qəbələ”
“Sumqayıt” – “Sabah”
“Neftçi” – “Səbail”
“Zirə” – “Kəpəz”
“Turan Tovuz” – “Qarabağ”
3-cü tur
18-20 avqust
“Qarabağ” – “Araz-Naxçıvan”
“Kəpəz” – “Turan Tovuz”
“Səbail” – “Zirə”
“Sabah” – “Neftçi”
“Qəbələ” – “Sumqayıt”
4-cü tur
25-27 avqust
“Araz-Naxçıvan” – “Sumqayıt”
“Neftçi” – “Qəbələ”
“Zirə” – “Sabah”
“Turan Tovuz” – “Səbail”
“Qarabağ” – “Kəpəz”
5-ci tur
1-3 sentyabr
“Kəpəz” – “Araz-Naxçıvan”
“Səbail” – “Qarabağ”
“Sabah” – “Turan Tovuz”
“Qəbələ” – “Zirə”
“Sumqayıt” – “Neftçi”


