Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin bir cavab oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçında Malta “Baltsan”ı doğma meydanda “Domjale” (Sloveniya) ilə qarşılaşıb.
Bir həftə öncə səfərdə darmadağınla qalib gəlmiş “Baltsan” cavab matçında məğlub olub. Amma bu, Malta təmsilçisinin mərhələ adlamasına mane olmayıb.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə digər vəsiqələrin sahibləri iyulun 20-də müəyyənləşəcək. Azərbaycan təmsilçilərinin 2-ci təsnifat mərhələsindəki rəqibləri də həmin gün dəqiqləşəcək.
“Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya” və Latviyanın RFS sonuncuların meydanında üz-üzə gələcəklər. “Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları isə Bakıda münasibətlərinə aydınlıq gətirəcəklər.
Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı doğma meydanda Ermənistan “Ararat”ını sınağa çəkəcək.
Azərbaycanı Avropa Konfrans Liqasında üç komanda (“Neftçi”, “Sabah” və “Qəbələ”) təmsil edəcək ki, onların hamısı mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaqlar.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
18 iyul
“Baltsan” (Malta) – “Domjale” (Sloveniya) 1:3 (ilk oyun 4:1)
20 iyul
19:00. “Birkirkara” (Malta) – “Maribor” (Sloveniya) (1:1)
19:00. “Europa” (Cəbəllütariq) – “Dukagini” (Kosovo) (1:2)
19:00. “Santa Koloma” (Andorra) – “Penibont” (Uels) (1:1)
19:30. “Trans” (Estoniya) – “Pünik” (Ermənistan) (0:2)
19:30. “Payde” (Estoniya) – “B36 Torshavn” (Farer adaları) (0:0)
19:30. RFS (Latviya) – “Makedoniya” (Şimali Makedoniya) (1:0)
20:00. “Honka” (Finlandiya) – “Tobol” (Qazaxıstan) (1:2)
20:00. “Milsami” (Moldova) – “Panevejis” (Litva) (2:2)
20:45. “Levadiya” (Estoniya) – “Jilina” (Slovakiya) (1:2)
21:00. “Dila” (Gürcüstan) – “Dunayska Streda” (Slovakiya) (1:2)
21:00. “Dinamo” (Minsk, Belarus) – “Jelezniçar” (Bosniya və Herseqovina) (2:2)
21:00. “Dinamo” (Batumi, Gürcüstan) – “Tirana” (Albaniya) (1:1)
21:00. “Zimbru” (Moldova) – “La Fiorita” (San Marino) (1:1)
22:00. “Nomads” (Uels) – “Akureyri” (İslandiya) (0:2)
22:00. “Eqnatiya” (Albaniya) – “Ararat” (Ermənistan) (1:1)
22:00. “Gilani” (Kosovo) – “Proqres” (Lüksemburq) (2:2)
22:00. Neman (Belarus) – “Vaduts” (Lixtenşteyn) (2:1)
22:00. “Vikinqur” (Farer adaları) – “İnter” (Andorra) (1:2)
22:30. “Arsenal” (Tivat, Monteneqro) – “Alaşkert” (Ermənistan) (1:1)
22:30. “Qlentoran” (Şimali İrlandiya) – “Qzira Yunayted” (Malta) (2:2)
22:45. “Kosmos” (San Marino) – “Sutyeska” (Monteneqro) (0:1)
22:45. “Derri Siti” (İrlandiya) – “HB Torshavn” (Farer adaları) (0:0)
22:45. “Dandolk” (İrlandiya) – “Meqpays” (Cəbəllütariq) (0:0)
22:45. “Haverforduest Kaunti” (Uels) – “Şkendiya” (Şimali Makedoniya) (0:1)
22:45. “Sent Patriks” (İrlandiya) – “Düdelanj” (Lüksemburq) (1:2)
22:45. “Vikinqur” (Reykyavik, İslandiya) – “Riqa” (Latviya) (0:2)
22:45. “Vlajniya” (Albaniya) – “Linfild” (Şimali İrlandiya) (1:3)
23:00. “Kruzeyders” (Şimali İrlandiya) – “Haka” (Finlandiya) (2:2)
23:00. “Sarayevo” (Bosniya və Herseqovina) – “Torpedo” (Kutaisi, Gürcüstan) (2:2)
23:00. “Şkupi” (Şimali Makedoniya) – “Hegelmann” (Litva) (5:0)


