Konfrans Liqasında klublarımızın rəqibləri dəqiqləşir

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, Azərbaycan klublarının bu turnirin 2-ci təsnifat mərhələsindəki rəqibləri də məhz bu gün müəyyənləşəcək.

Əvvəlcə “Sabah”ın mümkün rəqiblərindən olan Latviyanın RFS komandası Şimali Makedoniya təmsilçisi “Makedoniya”nı qəbul edəcək. Şimali Makedoniyadakı ilk oyunda qonaqlar qələbə qazanıblar – 1:0.

“Neftçi”nin potensial rəqibləri olan Belarusun “Dinamo” (Minsk) klubu isə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, Bakıda “Azərsun Arena”da baş tutacaq bu görüşə saat 21:00-da start veriləcək. İlk matçda qalib müəyyənləşməyib – 2:2.

Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı Ermənistanın “Ararat”ını qəbul edəcək. İrəvandakı ilk dueldə 1:1 hesablı heç-heçə qeydə alınıb. Azərbaycanlı yarımmüdafiəçi həmin matçın 59-cu dəqiqəsində meydana daxil olmuşdu.

Xatırladaq ki, Avropa Konfrans Liqasında növbəti mərhələyə bir vəsiqənin sahibi məlumdur. Belə ki, daha öncə baş tutan ilk cavab matçında Malta “Baltsan”ı “Domjale” (Sloveniya) ilə dueldən qalib ayrılaraq 2-ci raunda vəsiqəni təmin edib.

Azərbaycanı Avropa Konfrans Liqasında üç komanda (“Neftçi”, “Sabah” və “Qəbələ”) təmsil edəcək ki, onların hamısı mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaqlar. “Qəbələ” də Kipr “Omoniya”sı ilə mübarizə aparacaq. Növbəti mərhələnin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də baş tutacaq.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları

18 iyul

“Baltsan” (Malta) – “Domjale” (Sloveniya) 1:3 (ilk oyun 4:1)

20 iyul

19:00. “Birkirkara” (Malta) – “Maribor” (Sloveniya) (1:1)
19:00. “Europa” (Cəbəllütariq) – “Dukagini” (Kosovo) (1:2)
19:00. “Santa Koloma” (Andorra) – “Penibont” (Uels) (1:1)
19:30. “Trans” (Estoniya) – “Pünik” (Ermənistan) (0:2)
19:30. “Payde” (Estoniya) – “B36 Torshavn” (Farer adaları) (0:0)
19:30. RFS (Latviya) – “Makedoniya” (Şimali Makedoniya) (1:0)
20:00. “Honka” (Finlandiya) – “Tobol” (Qazaxıstan) (1:2)
20:00. “Milsami” (Moldova) – “Panevejis” (Litva) (2:2)
20:45. “Levadiya” (Estoniya) – “Jilina” (Slovakiya) (1:2)
21:00. “Dila” (Gürcüstan) – “Dunayska Streda” (Slovakiya) (1:2)
21:00. “Dinamo” (Minsk, Belarus) – “Jelezniçar” (Bosniya və Herseqovina) (2:2)
21:00. “Dinamo” (Batumi, Gürcüstan) – “Tirana” (Albaniya) (1:1)
21:00. “Zimbru” (Moldova) – “La Fiorita” (San Marino) (1:1)
22:00. “Nomads” (Uels) – “Akureyri” (İslandiya) (0:2)
22:00. “Eqnatiya” (Albaniya) – “Ararat” (Ermənistan) (1:1)
22:00. “Gilani” (Kosovo) – “Proqres” (Lüksemburq) (2:2)
22:00. Neman (Belarus) – “Vaduts” (Lixtenşteyn) (2:1)
22:00. “Vikinqur” (Farer adaları) – “İnter” (Andorra) (1:2)
22:30. “Arsenal” (Tivat, Monteneqro) – “Alaşkert” (Ermənistan) (1:1)
22:30. “Qlentoran” (Şimali İrlandiya) – “Qzira Yunayted” (Malta) (2:2)
22:45. “Kosmos” (San Marino) – “Sutyeska” (Monteneqro) (0:1)
22:45. “Derri Siti” (İrlandiya) – “HB Torshavn” (Farer adaları) (0:0)
22:45. “Dandolk” (İrlandiya) – “Meqpays” (Cəbəllütariq) (0:0)
22:45. “Haverforduest Kaunti” (Uels) – “Şkendiya” (Şimali Makedoniya) (0:1)
22:45. “Sent Patriks” (İrlandiya) – “Düdelanj” (Lüksemburq) (1:2)
22:45. “Vikinqur” (Reykyavik, İslandiya) – “Riqa” (Latviya) (0:2)
22:45. “Vlajniya” (Albaniya) – “Linfild” (Şimali İrlandiya) (1:3)
23:00. “Kruzeyders” (Şimali İrlandiya) – “Haka” (Finlandiya) (2:2)
23:00. “Sarayevo” (Bosniya və Herseqovina) – “Torpedo” (Kutaisi, Gürcüstan) (2:2)
23:00. “Şkupi” (Şimali Makedoniya) – “Hegelmann” (Litva) (5:0)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: