Əsgər Abdullayev bu klubda baş məşqçi kimi işə başladı

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əsgər Abdullayev yenidən karyerasını bərpa edib.

Arena.az xəbər verir ki, uzun illərdir işsiz olan 63 yaşlı mütəxəssis “İmişli”nin baş məşqçisi təyin olunub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Yen mövsümdə Birinci Liqada mübarizə aparacaq klub bu gün yeni baş məşqçisini ictimayətə təqdim edib.

Belə ki, yeni baş məşqçi ilə imzalanma mərasimi keçirilib. “İmişli”nin idarə heyətinin sədri Aqşin Mürsəlov və komandanın baş sponsoru olan “RDC Group”un rəhbəri Dr. Kamran Eyyubov yeni baş məşqçiyə uğurlar arzu edərək ona inandıqlarını və bu yolda daim dəstək olacaqlarını bildiriblər.

Təqdimatdan sonra rayon rəhbərliyi və milli məclisin deputatı yeni baş məşqçini qəbul edib, ona uğurlar arzulayıblar.

Xatırladaq ki, Əsgər Abdullayev 2000-2003-cü illər aralığında müəyyən fasilələrlə Azərbaycan milli komandasına rəhbərlik edib. O, AZAL, “Turan Tovuz” və “Neftçi”də də baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: