“Turan Tovuz” “Eyüpspor”a qalib gəldi

Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün Boludakı hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda Türkiyə 1-ci Liqasında mübarizə aparan “Eyüpspor”la qarşılıb.

Bolu şəhərində yerləşən “Gerde Esentepe” stadionunda keçirilən görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan klubunun heyətində Fərid Nəbiyevlə Xəyal Nəcəfov fərqləniblər.

Xatırladaq ki, “Eyüpspor”un baş məşqçisi Türkiyə millisinin sabiq kapitanı Arda Turandır.

“Turan Tovuz” buna qədər Türkiyədə “Adana Dəmirspor”la da üz-üzə gəlmiş və 0:2 hesabı ilə uduzmuşdu. Abbasovun komandası qardaş ölkədə daha iki yoxlama oyunu keçirəcək. Tovuz təmsilçisi iyulun 27-də Tanzaniyanın “Simba Sport” kollektivinə qarşı iki oyuna çıxacaq. Matçlardan biri səhər, digəri axşam saatlarına təsadüf edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: