“Turan Tovuz” Tanzaniya klubu üzərində qələbəyə sevindi

Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün Boludakı hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda Tanzaniyanın “Simba” kollektivi ilə qarşılıb.

Baş məşqçi bu oyunda aşağıdakı heyətə güvənib:

Əsas heyət: 85. Kamal Bayramov (k), 2. Sərtan Taşkın, 5. Roderik Miller, 6. Bruno Qonçalves, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 23. Aleks Serrano, 25. Denis Marandiç, 77. Fərid Nəbiyev, 79. Martin Petkov, 7. Paçu Lira.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 60. Səbayıl Bağırov, 11. Ayxan Hüseynov, 8. Piruz Marakvelidze, 80. Otto Con, 9. Belaydi Pusi, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 97. Sadiq Şəfiyev.

Görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan klubunun heyətində Roderik Miller fərqlənib.

Xatırladaq ki, “Turan Tovuz” buna qədər Türkiyədə daha iki yoxlama oyunu keçirmişdi. Sözügedən komanda Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor”a 0:2 hesabı ilə uduzmuş, TFF 1-ci liqa təmsilçisi “Eyüpspor”a isə 2:1 hesabıyla qalib gəlmişdi. Tovuzlular Bakıdakı təlim-məşq toplanışı zamanı da “Araz-Naxçıvan”la yoxlama oyunu keçirmiş və 5:1 hesablı qələbəyə sevinmişdilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: