Qəbələdə təlim-məşq toplanışında olan Premyer Liqanın yeni iştirakçısı “Araz-Naxçıvan” hazırlığın ikinci mərhələsini yekunlaşdırıb.
Arena.az xəbər verir ki, dünən ikitərəfli oyun keçirən komanda Bakıya dönüb.
Futbolçular bu gün istirahət edəcəklər. Komanda məşqlərini avqustun 3-nə qədər Bakıda davam etdirəcək, daha sonra mövsümün ilk oyununda iştirak etmək üçün Tovuza yola düşəcək.
Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu avqustun 4-də Tovuz şəhər stadionunda keçiriləcək. Bu oyuna saat 17:00-da start veriləcək. Ertəsi gün eyni saatda və məkanda hər iki komandanın əvəzedici heyətləri üz-üzə gələcək.


