Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə 2-ci yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında baş tutan oyun millimizin 3:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
Komandamızın heyətində Tural Qurbətov dubla imza atıb. Digər qolu Fuad Hüseynov vurub.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda Azərbaycan millisi 3:1 hesabıyla qalib gəlmişdi. Bu iki komanda arasında 28 və 29 iyulda daha iki oyun baş tutacaq. Oyunlar saat 18:00-da başlayacaq.
Azərbaycan millisinin baş məşqçi Zeynal Zeynalov bu toplanışa aşağıdakı oyunçuları cəlb edib:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Kamran Qürbətov
Amid Nəzərov


