Azərbaycan millisi Səudiyyə Ərəbistanına penaltilərlə uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə 4-cü yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında baş tutan sonuncu qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə nəticələnib.

Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Səudiyyə Ərəbistanı komandası yekunda 5:4 hesabı ilə qələbə qazanıb. Comərd Baxşəliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını Bayram Paşazadə və Fuad Hüseynov vurublar.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda Azərbaycan millisi 3:1 hesabıyla qalib gəlmişdi. İkinci sınaq görüşü isə ərəblərin 5:3 hesablı qələbəsiylə bitmişdi. Ötən gün baş tutan üçüncü görüşdə millimiz 7:3 hesablı darmadağına sevinmişdi.

Azərbaycan millisinin baş məşqçi Zeynal Zeynalov bu toplanışa aşağıdakı oyunçuları cəlb edib:

Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov

Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Kamran Qürbətov
Amid Nəzərov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: