17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) avqustun 8-dən 18-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi millimiz hazırlıq çərçivəsində iki sınaq matçına da çıxacaq.
Belə ki, Azərbaycan millisi avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qeyd olunan oyunlara hazırlıq məqsədilə avqustun 1-dən 7-nə qədər millimizin gündəlik məşqləri təşkil olunacaq. Gündəlik məşqlərdən sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.
Baş məşqçi Füzuli Məmmədov hazırlıq prosesinə 23 futbolçu dəvət edib.
Milliyə dəvət almış futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Ayxan Abbaszadə – Turan Tovuz
- Teymur Həsənov – Qarabağ
- Aftandil Arıxov – Sumqayıt
- Məsud Əlişanlı – EFA
- Səmid Əhmədov – Qəbələ
- Məhəmməd İmamaliyev – Neftçi
- Vüsal Paşayev – Sumqayıt
- Nadir Orucov – Sumqayıt
- Rəşad Alışov – Sabah
- Tuncay Əhmədov – Sabah
- Əkbər Məhərrəmov – Sabah
- Ömər Kərimov – Qəbələ
- Əmir Əliyev – Sabah
- Emin Feyzullayev – Sabah
- Anar Hüseynov – Sabah
- Ziya Şəkərxanov – Qəbələ
- Şahismayil Cəfərov – EFA
- Şükür Cəfərli – Sumqayıt
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Elvin Qurbanov – Neftçi
- Amid Qasımov – Qarabağ
- Həbib Qədimov – Qarabağ
- Ümid Səlimov – Şamaxı


