Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start veriləcək. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
İlk turun və mövsümün açılış oyunu Bakıda baş tutacaq. Çempionatın debütantı “Araz-Naxçıvan” “Dalğa Arena”da “Turan Tovuz”u qəbul edəcək. Bu iki komanda indiyə qədər Azərbaycan Premyer Liqasında bir-birinə rəqib olmayıb.
Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək. Sabah “Səbail” “Sumqayıt”ı, son çempion “Qarabağ” isə “Zirə”ni qəbul edəcək. “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” görüşləri isə avqustun 6-da keçiriləcək.
Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Dalğa Arena”. Saat 20:00.
5 avqust
“Səbail” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”. Saat 18:30.
“Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Azersun Arena”. Saat 21:00.
6 avqust
“Kəpəz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Kamal Umudlu.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Gəncə şəhər stadionu. Saat 17:00.
“Sabah” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Cavanşir Yusifov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Masazır. “Bank Respublika Arena”. Saat 20:00.


