Azərbaycan Premyer Liqasının 1-ci turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Bakıda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust
“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: Martin Petkov, 53; 87. Otto Con, 68.
Sarı vərəqələr: Nicat Süleymanov, 82 (hakimin qərarına etiraz) – Roderik Miller, 45+1 (hakimin qərarına etiraz). Veysəl Rzayev, 85 (qeyri-idman hərəkəti). Martin Petkov, 90+4 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 20:00. “Dalğa Arena”, 600 tamaşaçı.
Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Asiman Əzizli.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Araz-Naxçıvan: 91. Semir Bukviç, 6. Vadim Abdullayev (8. İsmail Azzaui, 64), 10. Orxan Əliyev (9. Elvis Maşike, 62), 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes (11. Bayraməli Qurbanov, 85), 42. Məhəmməd Kadiri (7. Nicat Süleymanov, 62), 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 44. Həzrət İsayev, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov.
Baş məşqçi: Azər Bağırov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (99. Veysəl Rzayev, 57), 77. Fərid Nəbiyev (11. Ayxan Hüseynov, 81), 5. Roderik Miller, 23. Alexandro Serrano (8. Piruz Marakvelidze, 81), 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con (9. Belaydi Pusi, 90), 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov.
Baş məşqçi: Ayxan Abbasov.


