Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 2-ci turunun oyun cədvəlində dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, təşkilati işlərlə əlaqədar olaraq 2-ci turun 12 avqusta təyin olunmuş oyunlarının başlanma vaxtları dəyişdirilib. Belə ki, “Araz-Naxçıvan” – “Qəbələ” oyunu 18:30-da, “Zirə” – “Kəpəz” görüşü isə 21:00-da başlanacaq. Daha öncə Zirədəki qarşılaşmanın 18:30-da, “Dalğa Arena”dakı digər matçın isə 21:30-da start götürəcəyi açıqlanmışdı.
Beləliklə, növbəti tura avqustun 12-də keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” oyunu ilə start veriləcək. “Zirə” isə “Kəpəz”i qəbul edəcək.
Avqustun 13-də də iki oyun keçiriləcək. Son ölkə çempionu “Qarabağ” doğma meydanda “Turan Tovuz”la, “Sumqayıt” isə “Sabah”la üz-üzə gələcək.
Turun son oyunu isə avqustun 14-də baş tutacaq. “Neftçi” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 1-ci turdan sonra “Turan Tovuz”, “Sumqayıt”, “Zirə”, “Kəpəz” və “Sabah” hərəyə 3 xal toplayıblar.
Azərbaycan Premyer Liqası
2-ci tur
12 avqust
“Araz-Naxçıvan” – “Qəbələ”
Bakı. “Dalğa Arena”, 18:30.
“Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu, 21:00.
13 avqust
“Qarabağ” – “Turan Tovuz”
Bakı. “Azersun Arena”, 18:30.
“Sumqayıt” – “Sabah”
Sumqayıt. “Sumqayıt Arena”, 21:00.
14 avqust
“Neftçi” – “Səbail”
Bakı. “Neftçi Arena”, 20:00.


