Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 3-cü turunun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
3-cü tura avqustun 18-də Gəncədə start veriləcək. “Kəpəz” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək.
Şənbə günü “Qəbələ” “Sumqayıt”ı, “Səbail” “Zirə”ni qəbul edəcək. Turun son iki matçı isə bazar gününə təsadüf edəcək. “Qarabağ” “Araz-Naxçıvan”la, “Sabah” “Neftçi” ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
3-cü tur
18 avqust
“Kəpəz” – “Turan Tovuz”
Gəncə şəhər stadionu, 17:00.
19 avqust
“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 18:00.
“Səbail” – “Zirə”
“ASCO Arena”, 20:00.
20 avqust
“Qarabağ” – “Araz-Naxçıvan”
Bakı. “Azersun Arena”, 18:00.
“Sabah” – “Neftçi”
Masazır. “Bank Respublika Arena”, 20:00.


