“Neftçi”nin yetirməsi “İrəvan”da – Özəl

“Neftçi”nin yetirməsi olan mərkəz müdafiəçisi Seymur Əliyev paytaxt klubundan ayrılaraq “İrəvan”a keçib.

Arena.az saytının əldə etdiyi məlumata görə, yeni mövsümdə Birinci Liqada mübarizə aparacaq “İrəvan” 23 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb.

Xatırladaq ki, Seymur Əliyev “Neftçi”nin yetirməsidir. Amma müdafiəçi klubun əsas komandasında forma şansı qazanmayıb. O, 2020-ci ildən “ağ-qaralar”ın əvəzedici komandasında çıxış edirdi.