U-17: Azərbaycan millisi Monteneqroya ilk oyunda qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Arena.az xəbər verir ki, “Dalğa Arena”da Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Azərbaycan millisi 4:1 hesabı ilə qələbə qazanıb.

Amid Qasımovun dubl etdiyi oyunda millimizin digər qollarını Ömər Kərimov və Hikmət Cəbrayılzadə vurub.

Bu komandalar arasında növbəti oyun avqustun 18-də keçiriləcək.

Azərbaycan – Monteneqro 4:1
Qollar: Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Mahmud Bağırzadə.
15 avqust. Dalğa Arena. Saat 18:30.

Azərbaycan – Monteneqro
Hakimlər: Şamil İmanzadə, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Murad Səlimov.
18 avqust. Dalğa Arena. Saat 18:30.

Xatrladaq ki, U-17 yığmamızın baş məşqçisi Füzuli Məmmədov yoldaşlıq oyunları üçün 24 futbolçuya dəvət göndərib:

Ayxan Abbaszadə – Turan Tovuz
Həbib Hüşənov – Qəbələ
Ayxan Əlizadə – Sabah
Məsud Əlişanlı – EFA
Əhməd Tarverdiyev – Sabah
Məhəmməd İmamaliyev – Neftçi
Vüsal Paşayev – Sumqayıt
Nadir Orucov – Sumqayıt
Rəşad Alışov – Sabah
Tuncay Əhmədov – Sabah
Əkbər Məhərrəmov – Sabah
Ömər Kərimov – Qəbələ
Əmir Əliyev – Sabah
Babamirzə Mehdiyev – Sabah
Anar Hüseynov – Sabah
Ziya Şəkərxanov – Qəbələ
Emin Feyzullayev – Sabah
Şükür Cəfərli – Sumqayıt
Əli Qurbanov – Sumqayıt
Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
Hikmət Cəbrayılzadə – Qarabağ
Amid Qasımov – Qarabağ
Həbib Qədimov – Qarabağ
Ümid Səlimov – Sabah

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: