Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 3-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçı Gəncədə keçirilib. Burada yerli “Kəpəz” digər qərb təmsilçisi “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib.
Bu komandalar əvvəlki turlarda hərəyə 1 məğlubiyyət və 1 qələbə görmüşdülər. 3 xala malik komandalar turnir cədvəlində də qonşu idilər: 5 və 6-cı pillədə qərarlaşmışdılar.
“Kəpəz”lə “Turan Tovuz” indiyə qədər cəmi 4 oyunda üz-üzə gəlmişdilər. Əvvəlki oyunlarda meydan sahibi olan komanda qol buraxmamışdı. Bu matçların heç birində ikidən çox qol qeydə alınmamışdı. Bir oyun heç-heçə bitmiş, bir oyun “Kəpəz”in, iki iki oyun da “Turan Tovuz”un qələbəsiylə yekunlaşmışdı.
Budəfəki oyunda isə qonaq komanda – “Turan Tovuz” inamlı qələbəyə sevinib. Tovuz təmsilçisi elə ilk yarıda vurduğu qollarla matçın taleyini həll edib.
Premyer Liqa
3-cü tur
18 avqust
“Kəpəz” – “Turan Tovuz” 0:2
Qollar: Martin Petrov, 18. Belaydi Pusi, 21.
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Cavanşir Yusifov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu, 17:00.
Kəpəz: 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 44. Nihat Fərəci, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 8. Piruz Marakvelidze, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.


