Kristian Avram və Denis Marandiç Moldova millisinə çağırıldılar

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç Moldova millisinə çağırılıblar.

Arena.az xəbər verir ki, Moldova yığmasının baş məşqçisi Sergey Kleşenko sentyabrda keçiriləcək iki oyun üçün legioner həyatı yaşayan 18 futbolçuya dəvət göndərib ki, onların arasında Azərbaycanda çıxış edən iki oyunçu da yer alıb.

Moldova yığması sentyabrın 7-də Avstriya ilə yoxlama görüşündə üz-üzə gələcək. Ayın 10-da isə bu koanda Farer adaları ilə AÇ-2024-ün seçmə mərhələ matçında qarşılaşacaq.

Xatırladaq ki, Avstriya yığması Azərbaycan milli komadası ilə bir qrupdadır. Sözügedən komanda həmin tarixdə istirahət edəcəyi üçün həmin oyun gününə yoldaşlıq matçı salıb.

Sonda onu da bildirək ki, Denis Marandiç 2020-ci, Kristian Avram isə 2021-ci ildən Moldova yığmasına dəvət alır. Avram bu ay müqavilə bağladığı “Araz-Naxçıvan”da cəmi 2 matça çıxıb. O, millidə də 8 matç keçirib.

Marandiç isə bu ilin yanvarından “Turan Tovuz”dadr. Tovuz klubunda 21 oyuna 1 qol və 6 məhsuldar ötürmə müəllifi olmuş futbolçu yığmada da 6 matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: