Mahir Emreli 29 dəqiqə oynadı, “Dinamo” qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatının 6-cı turu çərçivəsində “Riyeka” klubu ilə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyun Zaqreb təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.

Mahir bu matça ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı futbolçu 61-ci dəqiqədə meydana buraxılıb və bu dəfə fərqlənə bilməyib.

Son Xorvatiya çempionu olan “Dinamo” 6 turdan sonra 7 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 30 matça çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: