Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Latviya çempionatının 27-ci turu çərçivəsində baş tutan “Auda” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:2.
Ramin bu matçın start heyətində meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 2 qol və 3 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə də fərqlənə bilməyib.
“Dauqavpils” 27 turdan sonra 25 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. O, indiyə qədər bu komandanın heyətində 28 oyuna çıxıb, 2 qola və 3 assistə imza atıb.


