Luka Quqeşaşvili Gürcüstan millisinə çağırıldı

Azərbaycan çempionu “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili növbəti dəfə futbol üzrə Gürcüstan milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, 24 yaşlı qapıçı AÇ-2024-ün seçmə mərhələsinin ilk iki oyununda məşqçilər korpusunun sərəncamında olacaq.

Onunla yanaşı, yay fasiləsində “Neftçi”dən ayrılan müdafiəçi Solomon Kvirkveliya da baş məşqçi Villi Sanyolun siyahısında yer alıb. Əvəzində fransalı mütəxəssis bu dəfə “Sabah”ın hücumçusu Davit Volkova ehtiyac duymayıb.

Gürcüstan yığması sentyabrın 8-də İspaniya ilə evdə, 11-də isə Norveçlə səfərdə üz-üzə gələcək.

Xatırladaq ki, Luka Quqeşaşvili bu ilin mart ayında debüt etdiyi Gürcüstan millisində cəmi 1 oyuna çıxıb. O, 2022-ci ilin yanvarından formasını geyindiyi “Qarabağ”da 35 matç keçirib, 29 qol buraxıb, 16 “quru” matçı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: