Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 4-cü tur çərçivəsində “İstiqlal” (Xuzistan) komandası ilə qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” meydandan qələbə ilə ayrılıblar. Təbrizlilər 90+3-cü dəqiqədə Qustavonun vurduğu yeganə qol sayəsində cari mövsümdə ardıcıl ikinci dəfə 3 xala seviniblər – 1:0.
Mövsümə ardıcıl iki məğlubiyyətlə başlamış Təbriz təmsilçisi son oyunlardakı qələbələr sayəsində 6 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
“Traktor” növbəti matçını sentyabrın 10-da səfərdə “Havadar”a qarşı keçirəcək.


