İkinci Liqa: “Dinamo” və “Qusar”dan darmadağın – Video

Bu gün Azərbaycanın futbol üzrə İkinci Liqasında 2-ci turun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Bugünkü oyunların hamısı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Yeddi qolun qeydə alındığı “Cəbrayıl” – “Göygol” matçı daha gərgin keçib. “Dinamo” “Lerik”lə, “Qusar” da “Şəmkir”lə oyunda darmadağına sevinib.

Beləliklə, 2 turdan sonra maksimum nəticə göstərmiş “Şəki Siti”, “Baku Sportinq” və “Cəbrayıl” zirvəyə şərikdirlər. “Şahdağ Qusar” 4 xal toplayıb.

İkinci Liqa
2-ci tur
10 sentyabr

“Şəfa” – “Şəki Siti” 0:6
Qollar: Ayxan Qələndərli, 20-öz qapısına. Ravil Yusifli, 38; 45-pen; 82. Elçin Ramazanov, 59. Şahin Şaxnıyev, 90+3.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Zöhrab Abbasov, Kamil Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Binə qəsəbə stadionu, 16:00.

“Şahdağ Qusar” – “Kürmük Qax” 3:1
Qollar: Tural Qurbatov, 15; 30. Fuad Hüseynov, 77 – Elcan Hafizli, 74.
Hakimlər: Emin Əliyev, Teymur Teymurov, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı OİK stadionu, 16:30.

“Ağdaş” – “Baku Sportinq” 2:4
Qollar: Taryel Zeynalov, 38; 87 – Röyal Nəcəfov, 13; 46. Ülvi Quliyev, 55. Qərib İbrahimov, 70-pen.
Hakimlər: Şamil İmanzadə, Zakir Şükürzadə, Sənan Atayev, Vüqar Həsənli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Ağdaş şəhər stadionu, 16:30.

“Kür Araz” – “Füzuli” 1:2
Qollar: Elnur Məmmədov, 3 – Kənan Mirzəliyev, 33. Təmraz Əmircanov, 57.
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Mirnihat Seyidov, Emin Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Saatlı OİK stadionu, 17:00.

11 sentyabr

“Cəbrayıl” – “Göygol” 4:3
Qollar: Elvin Nəsibov, 2; 45-pen. Tapdıq Əhmədov, 17-pen. Nurlan Quliyev, 90+4 – Coşqun Abdiyev, 5. Ziyabil Məmmədov, 31. Ülvi Cəlilov, 86-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Rasim Axundov, İrşad Aydınov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 14:00

“Dinamo” – “Lerik” 4:1
Qollar: Vüqar Əlizadə, 31; 77. Elmin Əskərli, 58. Valeh Seyidov, 67-pen. – Kamran Abdullazadə, 85-pen.
Hakimlər: Kamran Əliyev, Müslüm Əliyev, Orxan İbişov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:00.

“Qusar” – “Şəmkir” 7:1
Qollar: Orxan Qurbanlı, 29. Sərxan Ağayev, 36; 69; 71. Firudin Ağalarov, 61. Vüsal Hüseynov, 63. Elnur Dəmirli, 77 – Elcan Rəhimov, 50.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: