Madrid “Atletiko”sunun argentinalı baş məşqçisi Diqeo Simeone hazırda dünyanın ən yaxşı futbolçusunun kimliyini açıqlayıb.
Arena.az “Diario AS” dərgisinə istinadən məlumat verir ki, Simeone həmyerlisi, Argentina yığmasının ulduz hücumçusu Lionel Messini dünyanın ən yaxşı futbolçusu hesab edir:
“Messi. O, dünya çempionu olub, daha nə lazımdır?”, deyə Dieqo Simeone qısaca fikri ilə mövzunu qapayıb.
Messi 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub və hazırda “Qızıl top”a ən gerçək namizədlərdən biridir.
Messi cari yay transfer pəncərəsində PSJ-dən azad agent qismində ayrılaraq, MLS təmsilçisi “İnter Mayami”yə keçib. Tərəflər arasında müqavilə 2025-ci ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub. Ulduz futbolçu bu komandada 11 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib.
Messi 2005-ci ilin avqusta debüt etdiyi Argentina yığmasının heyətində 176 oyuna çıxıb, 104 qol vurub, 56 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


