Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunun “Turan Tovuz” – “Qəbələ” matçı 2:2 hesablı heç-heçə ilə başa çatdı.
Arena.az Tovuzda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
6-cı tur
17 sentyabr
“Turan Tovuz” – “Qəbələ” 2:2
Qollar: Fərid Nəbiyev, 56. Belaydi Pusi, 59 – Osama Xalayla, 71; 78-pen.
Sarı vərəqələr: Veysəl Rzayev, 45+2 (qeyri-idman hərəkəti). Şəhriyar Əliyev, 62 (qeyri-idman hərəkəti). Belaydi Pusi, 73 (qeyri-idman hərəkəti) – Rauf Hüseynli, 37 (qeyri-idman hərəkəti). Ülvi İsgəndərov, 62 (qeyri-idman hərəkəti). Osama Xalayla, 73 (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Xaqani Məmmədov, 30, 30 (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Xaqani Məmmədov, 30.
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 16:30. Tovuz şəhər stadionu, 4000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Asiman Əzizli.
Dördüncü hakim: Emin Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Turan Tovuz: 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev (2. Sertan Taşkın, 90), 99. Veysəl Rzayev (8. Piruz Marakvelidze, 68), 23. Alexandro Serrano, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi (7. Luis Paçu, 79), 11. Ayxan Quseynov (77. Fərid Nəbiyev, 46), 79. Martin Petkov (80. Otto Con, 79).
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 10. Xəyal Nəcəfov.
Baş məşqçi: Ayxan Abbasov.
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k) (28. Murad Musayev, 32), 14. Ülvi İsgəndərov (72. Osama Xalayla, 63), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya (19. Samuel Tetteh, 63), 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Məşqçi: Xaqani Məmmədov.


