İkinci Liqa: İlk gündə iki darmadağın, bir əzmkar qələbə

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Şəki Siti” – “Ağdaş” oyununda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Səfərdə “Kürmük Qax”la qarşılaşan “Cəbrayıl” 3 cavabsız qolla qalib gəlib. “Lerik” isə “Şəfa” ilə ev oyununda darmadağına imza atıb.

3-cü turun qalan qarşılaşmaları sabah keçiriləcək.

İkinci Liqa
3-cü tur
18 sentyabr

“Kürmük Qax” – “Cəbrayıl” 0:3
Qollar: Əli Nəcəfli, 16, 19; Mübariz Hüseynzadə, 90+5.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Tərlan Talıbzadə, Vüqar Alıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qax OİK stadionu, 15:00.

“Şəki Siti” – “Ağdaş” 2:1
Qollar: Ceyhun Rəcəbli, 79. Ravil Yusifli, 82 – Oleq Xəlilov, 54.
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şəki şəhər stadionu, 16:00.

“Lerik” – “Şəfa” 6:1
Qollar: Kamran Abdullazadə, 6. Qədir Həsənov, 7. Zaur Nuruzadə, 44. Balarza Qədirli, 45+1. Şəhriyar Zərbəliyev, 56. Vüsal Nuriyev, 90+2-pen – Sahib Cümşüdov, 36.
Hakimlər: Rövşən Rəcəbov, Sənan Atayev, Samir Qaracayev, Rəsul Babayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lənkəran OİK stadionu, 16:00.

19 sentyabr

“Füzuli” – “Qusar”
Hakimlər: Şamil İmanzadə, Zakir Şükürzadə, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASK Arena”, 13:00.

“Baku Sportinq” – “Şahdağ Qusar”
Hakimlər: Murad Səlimov, Aydın Bəxşiyev, Gülnurə Əkbərzadə, Emin Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.

“Göygöl” – “Kür-Araz”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Göygöl OİK stadionu, 15:30.

“Şəmkir” – “Dinamo”
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəmkir OİK stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: