FIFA ən gözəl qola görə təqdim olunan Puşkaş mükafatına 2022/2023 mövsümü üzrə namizədlərin adını açıqlayıb.
Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu müvafiq siyahını qurumun rəsmi saytında dərc edib.
Namizədlərin siyahısını və vurduğu qolların videosunu diqqətinizə çatdırır:
1. Alvaro Barreal: “Sinsinnati” – “Pittsburq Riverhaunds” (ABŞ Açıq Kuboku, 6 İyun 2023-cü il);
2. Linda Kaysedo: Kolumbiya – Almaniya (Qadınlar arasında dünya çempionatı, 30 İyul 2023-cü il);
3. Xulio Ensiso: “Brayton” – “Mançester Siti” (İngiltərə Premyer Liqası, 24 May 2023-cü il);
4. Sonq Cin Kanq: İordaniya U-20 – Koreya Respublikası U-20 (U-20 Asiya Kuboku, 5 Mart 2023-cü il);
5. Sem Kerr: Avstraliya – İngiltərə (Qadınlar arasında dünya çempionatı, 16 Avqust 2023-cü il);
6. Brayan Lozano: Atlas – Amerika (Meksika MX Liqası Klausura, 26 Fevral 2023-cü il);
7. Gilyerme Maduqa: “Novorizontino” – “Botafoqo” (San-Paulu) (Braziliya B Seriyası, 27 İyun 2023);
8. İvan Morante: “İbiza” – “Burqos” (İspaniya Sequnda Divizionu, 25 Mart 2023-cü il);
9. Nunu Santuş: “Sportinq” – “Boavişta” (Portuqaliya Premyer Liqası, 12 Mart 2023-cü il);
10. Asxat Taqıbergen: Qazaxıstan – Danimarka (AÇ-2024-ün seçmə mərhələsi, 26 Mart 2023-cü il);
11. Beatris Zaneratto: Braziliya – Panama (Qadınlar arasında dünya çempionatı, 24 İyul 2023-cü il).
Puşkaş mükafatına namizəd göstərilmiş bütün qollarla aşağıdakı pley-listə keçid etməklə tanış olmaq olar:
https://www.youtube.com/playlist?list=PLCGIzmTE4d0jacycNLT5UX4s0T5WTxMQ0
2023 mövsümünün Puşkaş mükafatına qalibi müəyyən etmək istəyində olan azarkeşlər FIFA-nın rəsmi saytına keçid edərək səsvermədə iştirak edə bilərlər:
https://www.fifa.com/the-best-fifa-football-awards/puskas-award


