Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turuna start verilib. Arena.az xəbər verir ki, turun açılış matçında “Sumqayıt” “Turan Tovuz”u qəbul edib.
Sumqayıtda baş tutan bu görüşdə qapılara qol vurulmayıb. Nəticədə tərəflər turu hərəyə 1 xalla başa vurublar.
Günün digər oyunu “Zirə” ilə “Neftçi” arasında baş tutacaq. “Sabah” – “Kəpəz” və “Səbail” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. Tura sentyabrın 25-nə təsadüf edəcək “Qəbələ” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.
Premyer Liqa
7-ci tur
23 sentyabr
“Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
“Sumqayıt Arena”, 18:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Əliyev, 9. Erik Sorqa.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 12. Abu Dosso, 18. Kristian Velinovski, 71. Masaki Murata, 60. Tresor Mossi.
Məşqçi: Mübariz Orucov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.


