“Sumqayıt” – “Turan Tovuz” 0:0 – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turunun “Sumqayıt” – “Turan Tovuz” matçı 0:0 hesabıyla başa çatdı.

Arena.az Sumqayıtda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:

Azərbaycan Premyer Liqası
7-ci tur
23 sentyabr

“Sumqayıt” – “Turan Tovuz” 0:0
Sarı vərəqələr: Roi Kehat, 17 (qeyri-idman hərəkəti). Vüqar Mustafayev, 53 (qeyri-idman hərəkəti) – Ayxan Quseynov, 77 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Mübariz Orucov, 90+3 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 18:00. “Sumqayıt Arena”, 1300 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Vüsal Məmmədov.
Dördüncü hakim: Nicat İsmayıllı.
VAR: Tural Qurbanov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k) (60. Tresor Mossi, 80), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat (8. Səbuhi Abdullazadə, 70), 11. Kasimir Ninqa (30. Kamran Quliyev, 80), 58. Oktavio Manteka (71. Masaki Murata, 80), 4. İsa Suliman, 10. Kamran Əliyev, 9. Erik Sorqa (18. Kristian Velinovski, 70).
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 12. Abu Dosso.
Məşqçi: Mübariz Orucov.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev (2. Sertan Taşkın, 65), 77. Fərid Nəbiyev (11. Ayxan Quseynov, 76), 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç (14. Slavik Alxasov, 89), 6. Bruno Qonçalves, 9. Belaydi Pusi (7. Luis Paçu, 65), 79. Martin Petkov (80. Otto Con, 76).
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 8. Piruzi Marakvelidze.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: