Azərbaycanlı yarımmüdafiəçi, 31 yaşlı futbolçu Araz Abdullayevin formasını geyindiyi Kosovonun “Lapi” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Kosovo Super Liqasının 6-cı turu çərçivəsində “Gilani” ilə qarşılaşıb.
Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Abdullayev bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Bu qələbədən sonra “Lapi” 13 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu yay 1 illik müqavilə imzalayıb. O, bu komandada artıq 3 oyun keçirsə də, fərqlənə bilməyib.
Ötən mövsümü “Sumqayıt”da keçirmiş Araz Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.


